ETSN ölkə ərazisində müşahidə olunan kəskin hava şəraiti haqqında məlumat yayıb

 ETSN ölkə ərazisində müşahidə olunan kəskin hava şəraiti haqqında məlumat yayıb
# 04 dekabr 2013 09:56 (UTC +04:00)

Abşeron yarımadasında axşam saatlarında yağışın sulu qara keçməsi qeydə alınıb.

Şimal-qərb küləyinin sürəti Mingəçevirdə 35 m/s, Tərtərdə 33 m/s, Zərdabda 32 m/s, Bərdə, Naftalanda 30 m/s, Ceyrançöl, Göyçayda 28 m/s, Gəncədə 24 m/s, Ağstafa, Tovuz, Biləsuvarda 22 m/s, Xaçmaz, Yevlaxda 20 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 27-32 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 6.5 metrə çatıb.

Göygöldə 14 mm, Yardımlıda 12 mm, Daşkəsən, Altıağacda 11mm, Quba, Lerikdə 9 mm, Kəlvəzdə 7 mm, digər rayonlarda 0-6 mm, Bakıda və Abşeron yarımadasında 0.3-8 mm, Abşeron dəniz rayonunda 1-9 mm yağıntı qeydə alınıb.

Qarın örtüyünün hündürlüyü Qusar rayonunun Ləzə məntəqəsində 23 sm, Altıağacda 20 sm, Xaltan, Susay, Qonaqkənddə 18 sm, Rvarudda 16 sm, Lerikdə 15 sm, Yardımlıda 13 sm, Kəlvəz, Rük, Quba, Qusarda 12 sm, Küpçal, Təngəaltı, Nohurdüzündə 10 sm, Daşkəsən, Göygöldə 7 sm, Qırız, Xınalıqda 5 sm, Gədəbəy, Mərəzədə 3 sm olub.

Dekabrın 4-də gecə havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2-3, aran rayonlarında 0-5 dərəcə isti, dağlıq rayonlarda 7-10 dərəcə şaxta, Naxçıvan MR-da 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR