Qazaxıstan parlamentinin sədri Azərbaycana səfərə gələcək

Qazaxıstan parlamentinin sədri Azərbaycana səfərə gələcək
# 13 fevral 2014 12:18 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Qazaxıstan Milli Məclisinin (MM) sədri Nurlan Niqmatullin Azərbaycana səfərə gələcək.

Diplomatik mənbələrdən APA-ya verilən xəbərə görə, səfər fevralın 20-də baş tutacaq. Qazaxıstan MM-in rəhbəri Azərbaycanda bir sıra rəsmi görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsi barədə müzakirələr aparılacaq.

Qeyd edək ki, Azərbaycan MM-in sədri Oqtay Əsədov da Qazaxıstana bu il ərzində səfərə dəvət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR