Cəlilabadda iki avtomobil toqquşub, yaralananlar var

Cəlilabadda iki avtomobil toqquşub, yaralananlar var
# 08 sentyabr 2013 03:56 (UTC +04:00)

Bakı-APA. Cəlilabad şəhərində "Mercedes" və VAZ markalı avtomobillər toqquşub. APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü muxtəlif bədən xəsarətləri alıb. O, yanğınsöndürən-xilasedicilər tərəfindən kəsici alətlərdən istifadə olunmaqla, avtomobildən çıxarılıb və təcili yardım xidmətinə təhvil verilib.

VAZ markalı avtomobilin sürücüsü isə müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər çatana kimi vətəndaşlar tərəfindən çıxarılaraq rayon mərkəzi xəstəxanasına aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR