«Bank of Baku» yeni lotereya keçirir

«Bank of Baku» yeni lotereya keçirir
# 04 noyabr 2013 13:07 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Bank of Baku» ASC daimi kredit müştəriləri olan «Dostlar klubu»nun üzvləri üçün «Dəyərli dostlara dəyərli hədiyyə» adlı stimullaşdırıcı tirajlı lotereyaya başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, lotereyada qalib gələcək 717 müştəriyə ümumilikdə 80 min manat məbləğində «Dostlar klubu» bonusu, 6,7 karat brilyant, 440 qram qızıl, 121 ədəd suvenir - gümüş sikkə və 12 500 manatlıq kupon hədiyyə olunacaq.

Lotereyada iştirak etmək üçün sadəcə «Dostlar klubu» üzvü olmaq və tiraja üç iş günü qalmış tarixə qədər heç bir cari kredit üzrə gecikmənin olmaması yetərlidir. Lotereya iki tirajdan ibarətdir. Birinci tiraj noyabrın 27-də «Bank of Baku»nun ofisində, ikinci tiraj dekabrın 14-də, saat 20:00-da canlı yayımda ATV telekanalında keçiriləcək.

Lotereyada iştirak hüququ əldə etmiş hər bir müştəriyə 6 rəqəmdən ibarət eyniləşdirmə kodu müəyyən edilir və bu kod müştərinin bankda qeydiyyatda olan mobil nömrəsinə SMS vasitəsi ilə göndərilir. Hər iki tirajda iştirak hüququ əldə etmiş müştərilərin eyniləşdirmə kodu elektron bazadan, bank tərəfindən yaradılmış xüsusi proqram vasitəsilə təsadüfi seçim əsasında seçiləcək.

İlk tirajın qaliblərinin mükafatları tələb irəli sürüldüyü tarixdən etibarən 30 iş günü ərzində onların «Dostlar klubu» kartları üzrə müvafiq bonus hesablarına yatırılacaq. İkinci tirajın qaliblərinə mükafatlar tələb irəli sürüldüyü tarixdən etibarən 30 iş günü ərzində təqdim edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR