İlham Əliyev İranın xarici işlər nazirinin müavinini qəbul edib

İlham Əliyev İranın xarici işlər nazirinin müavinini qəbul edib
# 12 mart 2014 14:24 (UTC +04:00)

APA-nın məlumatına görə, İ.Rəhimpur İran prezidenti Ayətullah Həsən Ruhaninin qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini prezident İlham Əliyevə çatdırıb.

Diplomat İranla Azərbaycan arasında diplomatik əlaqələrin qurulduğu bir gündə ölkəmizə səfərindən və İlham Əliyevlə görüşündən məmnunluğunu ifadə edib.

Azərbaycan prezidenti isə iranlı həmkarı ilə Davosda görüşünü məmnunluqla xatırlayıb. Dövlət başçısı prezidentlərin görüşünün ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına yeni təkan verdiyini vurğulayıb.

Prezident İlham Əliyev prezident Ayətullah Həsən Ruhaninin Novruz bayramı münasibətilə təbriklərinə görə minnətdarlığını bildirib, onun da təbriklərini İran prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR