Dağıstanda avtomobil gülləbaran edilib, biri polis olmaqla 2 nəfər ölüb

Dağıstanda avtomobil gülləbaran edilib, biri polis olmaqla 2 nəfər ölüb
# 11 may 2013 23:34 (UTC +04:00)

Bakı-APA. Dağıstanın Buynaksk şəhərində naməlum şəxslər avtomobili atəşə tutub, nəticədə maşında olan bir polis əməkdaşı və bir nəfər mülki şəxs həlak olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə agentliyə respublika DİN-də məlumat verilib.

“Buynaksk mərkəzi bazarının yaxınlığında naməlum şəxslər Lada Priora markalı avtomobilə atəş açıb. Nəticədə maşında olan Buynaksk şəhər polis idarəsinin əməkdaşı və bir nəfər mülki şəxs ölüb”, deyə mənbə bildirib.

Cinayətkarların müəyyən olunması istiqamətində əməliyyat tədbirləri görülür. Əməliyyata şəhər polis idarəsinin bütün şəxsi heyəti cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR