Avropa Şurası Nazirlər Komitəsində sədrlik Ermənistana keçib

Avropa Şurası Nazirlər Komitəsində sədrlik Ermənistana keçib
# 16 may 2013 12:49 (UTC +04:00)

APA-nın AŞ-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ermənistanın sədrliyinin prioritetləri elan olunub. Onların sırasında insan haqlarının qorunmasının möhkəmləndirilməsi, Avropada irqçilik, ksenofobiya və dözümsüzlüklə mübarizə məsələləri yer alıb. Oktyabrın sonunda Ermənistanda bu məsələlərə həsr olunmuş konfrans keçiriləcək.

Qeyd edək ki, AŞ NK-da sədrlik əlifba sırası ilə rotasiya qaydasında ölkədən ölkəyə keçir. Ermənistanın sədrliyi bu il noyabrın 13-də başa çatacaq və sədrlik Avstriyaya keçəcək. Azərbaycan isə 2014-cü ilin may-noyabr aylarında quruma sədrlik edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR