Pərviz Həşimli saxlanma yerinin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edib

Pərviz Həşimli saxlanma yerinin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edib
# 14 oktyabr 2013 10:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Bizim yol” qəzetinin əməkdaşı və “moderator.az” saytının həbsdə olan rəhbəri Pərviz Həşimli saxlanma yerinin dəyişdirilməsi üçün ərizə ilə məhkəməyə müraciət edib.

Bu barədə APA-ya vəkil Elçin Sadıqov məlumat verib. E. Sadıqov deyib ki, P. Həşimli ərizəsində hazırda saxlanıldığı Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında şəraitin yaxşı olmamasını əsas gətirərək saxlanma yerinin Bakı İstintaq Təcridxanasına dəyişdirilməsini xahiş edib.


P. Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR