Türkiyədəki faciənin qurbanlarının sayı 292 nəfərə çatıb

Türkiyədəki faciənin qurbanlarının sayı 292 nəfərə çatıb
# 16 may 2014 21:18 (UTC +04:00)

APA-nın xəbərinə görə, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirib ki, xisledicilər daha 8 işçinin cəsədini taparaq, çıxarıblar.

Nazir xilasetmə işlərinin davam etdiyini bildirib.

Qeyd edək ki, partlayış baş verərkən mədəndə 787 işçi olub. Onlardan 360 nəfəri dərhal xilas ola bilib, 120 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdiriliblər.

İndiyə qədər 292 nəfərin cəsədi çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR