İran Cenevrəyə yeni təkliflər paketi ilə gedir

İran Cenevrəyə yeni təkliflər paketi ilə gedir
# 10 oktyabr 2013 16:40 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran Cenevrəyə yeni təkliflər paketi ilə gedir. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İran hökumətinə yaxın mənbələr xəbər verib.

Bu arada İran xarici işlər nazirinin müavini Mürtəza Sərmədi Çin və Rusiyaya səfər edəcək. Səfər məqsəd ikitərəfli əlaqələr, növbəti nüvə müzakirələri və regional məsələlərlə bağlı məsləhətləşmələr aparmaqdır.

Qeyd edək ki, oktyabrın 15-16-da Cenevrə şəhərində İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR