Ukraynada matəm elan edilib

Ukraynada matəm elan edilib
# 14 iyun 2014 14:32 (UTC +04:00)

Bakı-APA. Antiterror əməliyyatları zamanı həlak olan hərbçilər və sərhədçilərlə əlaqədar iyunun 15-də Ukraynada matəm günü elan edilib.

APA-nın unian.net saytına istinadən verdiyi məlumata görə, Ukrayna prezidentinin mətbuat xidməti dövlət başçısı Pyotr Poroşenkonun bununla bağlı qərar qəbul etdiyini açıqlayıb.

Pyotr Poroşenko bildirib ki, hərbçilərin ölümü tək ailələri üçün deyil, bütün ölkə üçün böyük itkidir. O, bundan sonra da mübarizənin qətiyyətlə davam etdiriləcəyini bəyan edib. Dövlət başçısı terror aktlarını törədənlərin mütləq cəzalandırılacağını vurğulayıb.

P. Poroşenko Ukrayna Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb, eyni zamanda Nazirlər Kabinetinə həlak olanların ailələrinə yardım etməyi tapşırıb.

Qeyd edək ki, bu gecə saat 1:10 radələrində Ukrayna Silahlı Qüvvələrinə məxsus “İl-76” markalı hərbi nəqliyyat təyyarəsi Luqansk aeroportuna enərkən atəşə tutulub. Nəticədə təyyarənin 9 heyət üzvü və 40 hərbçi həyatını itirib. Bu gün Mariupol şəhəri ətrafında isə sərhədçilərin olduğu maşın karvanı atəşə tutulub və nəticədə 3 sərhədçi ölüb, 4 sərhədçi yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR