Bəhreyndə iğtişaşlar zamanı bir polis əməkdaşı ölüb

Bəhreyndə iğtişaşlar zamanı bir polis əməkdaşı ölüb
# 15 fevral 2014 18:01 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Fevralın 14-də Bəhreynin şimalında yerləşən Dair kəndində törədilmiş partlayış nəticəsində yaralanan iki polis əməkdaşından biri vəfat edib.

APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Bəhreyndə “ərəb baharı” ilə əlaqədar başlanan kütləvi etiraz aksiyalarının 3 ildönümünü qeyd edən iğtişaşçılar iki polis maşınını partladıblar. Birinci hadisədə xəsarət alan olmasa da, ikinci partlayış nəticəsində iki polis əməkdaşı xəsarət alıb. Bu gün Bəhreyn DİN-i onlardan birinin vəfat etdiyi barədə xəbəri təsdiqləyib.

Dünənki aksiya zamanı etirazçılar polis əməkdaşlarına daş, “molotov kokteyli” atıblar. Buna cavab olaraq, polis gözyaşardıcı qazdan istifadə edib. Aksiya zamanı 29 nəfər həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR