Bakıda yalançı endirimdən istifadə etməklə istehlakçıları aldadan mağaza aşkar edilib

Bakıda yalançı endirimdən istifadə etməklə istehlakçıları aldadan mağaza aşkar edilib
# 01 mart 2014 11:27 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakının Nəsimi rayonu, Hüseynbala Əliyev, ev 2, mənzil 1 ünvanında fəaliyyət göstərən fiziki şəxs Cəfərov Seymur Teymur oğluna məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə, istehlakçıların aldadılması halları müəyyənləşdirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qanun pozuntusu Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aşkar edilib.

Belə ki, mağazanın pəncərələrində “Endirim 30%, 60%” məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) əks olunmadığı müəyyən edilib. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb. Qanun pozuntusuna yol vermiş fiziki şəxs Seymur Cəfərov barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR