Bakı Şəhəri üzrə Təhsil İdarəsində Texniki-Humanitar Liseydə aksiya keçirən şagird və valideynlərlə görüş keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsində Texniki-Humanitar Liseydə aksiya keçirən şagird və valideynlərlə görüş keçiriləcək
# 19 may 2014 13:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün saat 17:00-da Bakı Şəhəri üzrə Təhsil İdarəsində paytaxtdakı Texniki-Humanitar Liseydə aksiya keçirən şagird və valideynlərlə görüş keçiriləcək.

BŞTİ-dən APA-ya verilən xəbərə görə, görüşdən sonra aksiyanın dəqiq səbəbləri barədə ictimaiyyətə məlumat veriləcək.

“Hazırda dəqiq fikir söyləmək mümkün deyil. Yalnız görüşdən sonra hansısa fikir bildirmək mümkün olacaq”, - deyə BŞTİ-dən bildirilib.

Qeyd edək ki, bu gün Texniki-Humanitar Liseydə şagirdlər və onların valideynləri aksiya keçiriblər.

Onların narazılığına səbəb VI sinif şagirdlərinin test suallarına VII və VIII siniflərin dərslik kitablarından sualların salınması, həmçinin yaxşı oxuyan şagirdlərin liseydən qovulması ilə bağlı xəbərdarlığın edilməsidir.

Onlar Texniki-Humanitar Liseyin direktoru Simuzər Əliyevanın istefa verməsini istəyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR