Şəkidə tələbəni avtomobil vurub

Şəkidə tələbəni avtomobil vurub
# 31 may 2014 22:15 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə tələbəni avtomobil vurub. Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonu Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1987-ci il təvəllüdlü, Şamaxı rayonu Bağırlı kənd sakini Qafarov Tural Həbib oğlu idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolun kənarındakı piyada, 1994-cü il təvəllüdlü, rayonun Köndələn kənd sakini Şahmərdanov Gündüz Rafiq oğlunu vurub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Gündüz Şahmərdanov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Şəki RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alan Gündüz Şahmərdanovun hazırda vəziyyəti orta-stabil hesab olunur, müalicəsi xəstəxanada davam etdirilir. Şəki RMX-dan APA-ya o da bildirilib ki, Gündüz Şahmərdanov Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil ocaqlarından birinin tələbəsidi, bir-neçə gün əvvəl evə gəlib.
Fakla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR