Çernoqoriyada etirazçılarla polis arasında toqquşma olub

Çernoqoriyada etirazçılarla polis arasında toqquşma olub
# 15 fevral 2014 19:51 (UTC +04:00)

Bakı-APA. Çernoqoriyanın paytaxtı Podqoritsada hökumət və parlamentin istefasını tələb edən etirazçılarla polis arasında qarşıdurma baş verib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, hökumət binasının qarşısında təşkil olunan etiraz aksiyasında 200-dən çox insan iştirak edib.

Binaya doğru irəliləməyə çalışan etirazçılar polis əməkdaşlarına daş atıblar.

Hadisə yerinə cəlb olunan xüsusi təyinatlı polis dəstəsi etirazçılara qarşı döyənək və gözyaşardıcı qazdan istifadə ediblər. Qarşıdurma nəticəsində azı 2 polis əməkdaşı xəsarət alıb, hökumət binasında pəncərələrin şüşəsi qırılıb, bir neçə polis maşını zədələnib. Bir neçə etirazçı saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR