Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndəsi Albaniyada görüşlər keçirib - FOTO

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndəsi Albaniyada görüşlər keçirib - <span style="color: red;">FOTO
# 10 iyun 2014 10:22 (UTC +04:00)

Bakı - APA. Bu ilin aprelində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun təşkilatçılığı ilə keçirilmiş II Qlobal Açıq Cəmiyyətlər Forumunun qiymətləndirilməsi məqsədilə Albaniyanın paytaxtı Tiranada rəsmi görüşlər keçirilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Rövşən Muradov Albaniyanın üç sabiq prezidenti - Sali Berişa (1992-1997), Recep Meydani (1997-2002) və Bamir Topi (2007-2012) ilə görüşüb.

Prezident B.Topi və R.Meydani Bakıda keçirilmiş Forumu yüksək qiymətləndiriblər və növbəti təşəbbüslərdə iştirakdan məmnun olacaqlarını vurğulayıblar.

Qeyd edək ki, 2015-ci il və ondan sonrakı mərhələdə dünyanın davamlı inkişafı proqramına həsr olunmuş II Qlobal Açıq Cəmiyyətlər Forumunda 57 ölkədən 200-ə yaxın tanınmış ictimai və siyasi xadim iştirak edib ki, onların arasında 32 ölkənin sabiq dövlət və hökumət başçısı da olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR