Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinin əməkdaşları üçün etik davranış qaydaları ilə bağlı treninq keçirilib

Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinin əməkdaşları üçün etik davranış qaydaları ilə bağlı treninq keçirilib
# 25 dekabr 2013 15:08 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Dövlət Sosial Müdafiə Fondunda (DSMF) etik davranış məsələlərinə dair Fondun şəhər, rayon şöbələrinin əməkdaşları üçün treninq keçirilib. Fondun mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, treninq vicdanlı və mədəni davranış, loyallıq, ictimai etimad, qərəzsizlik, maraqlar toqquşmasının qarşısının alınması, insanların hüquq və qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna, eyni zamanda hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət və digər etik davranış qayda və prinsipləri, onlara əməl edilməsi məsələlərini əhatə edib.

Tədbirdə 2013-cü ildə Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələri tərəfindən etik davranış qaydalarına riayət olunması vəziyyəti müzakirə edilib.

Qeyd olunub ki, dövlət qulluqçularının qeyri-etik davranışı barədə şikayət etmə imkanlarının genişləndirilməsi məqsədilə ərizə və şikayətlər üzrə araşdırmaların aparılması qanunvericiliyə uyğun olaraq həyata keçirilməklə, müraciətlərə baxılması operativ və qısa müddət ərzində təmin olunub və dövri olaraq izlənilib.

Bundan əlavə, təsdiq olunmuş qrafikə əsasən, Fondun sədri, sədr müavinləri, aparatın rəhbəri və şöbə müdirlərinin qəbul günləri müəyyənləşdirilib və bu barədə xüsusi məlumatlandırma lövhəsi qurulub. Eyni zamanda, vətəndaşları maraqlandıran müxtəlif sualların operativ şəkildə cavablandırılması üçün Fondun internet səhifəsində «sual-cavab» bölməsinin və Fondun Aparatında Mərkəzləşdirilmiş Çağrı Sisteminin fəaliyyəti davam etdirilib.

Elektron poçt vasitəsi ilə daxil olan ərizə və şikayətlərin icrası nəzarətə götürülərək müvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR