Iraqın şimalında baş verən terror aktlarında 10 nəfər ölüb

Iraqın şimalında  baş verən terror aktlarında 10 nəfər ölüb
# 12 fevral 2014 17:24 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, içərisində dörd sərnişin olan avtomobil Səlahəddin vilayətində minaya düşüb.

Bundan qabaq Bəbil vilayətində hərbi avtomobilin minaya düşməsi nəticəsində altı hərbi qulluqçu həyatını itirib.

Rəsmi məlumatlara görə, yanvar ayında İraqda min nəfər terror aktlarının qurbanı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR