Ötən il Azərbaycanda 2840 yol qəzası baş verib

 Ötən il Azərbaycanda 2840 yol qəzası baş verib
# 03 yanvar 2014 12:45 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Ötən il respublika ərazisində 2840 yol qəzası baş verib.

APA-nın məlumatına görə, yol qəzalarında 1160 nəfər ölüb, 3045 nəfər xəsarət alıb.

Əvvəlki illə müqayisədə baş verən yol qəzaları 52, ölüm sayı isə 8 fakt azalıb, xəsarət alanların sayı 48 fakt artıb.

2013-cü ilin dekabr ayında 194 yol qəzası baş verib, nəticədə 99 nəfər ölüb, 284 nəfər xəsarət alıb.

Qeyd edək ki, 2012-ci ildə respublika ərazisində 2892 yol qəzası olub. Nəticədə 1168 nəfər ölüb, 2997 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR