Bakıda idman kompleksində baş vermiş partlayışla bağlı cinayət işi başlanıb

Bakıda idman kompleksində baş vermiş partlayışla bağlı cinayət işi başlanıb
# 28 dekabr 2013 07:36 (UTC +04:00)

Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma-ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, hadisə dekabrın 27-də Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 1 ünvanında yerləşən “Lokomotiv” idman kompleksində qeydə alınıb.

Baş verən partlayış nəticəsində 1964-cü il təvəllüdlü Şahvələd Məmməd oğlu Məmmədov ölüb, 1987-ci il təvəllüdlü Elvin İmran oğlu Qurbanov isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR