Azərbaycanda daha üç nəfər dəm qazından boğularaq ölüb

Azərbaycanda daha üç nəfər dəm qazından boğularaq ölüb
# 23 dekabr 2013 10:13 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. İstirahət günləri respublikada 3 nəfər dəm qazından zəhərlənərək ölüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 21-də Sumqayıt şəhərində yaşayan Şəlalə Vəliyeva, Şəki rayonunda yaşayan Gülər Yunusova evlərində dəm qazından zəhərlənərək ölüblər.

Dekabrın 22-də Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən daş karxanasında işləyən - Şəmkir rayon sakini Kənan Ələsov oranın hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR