DİN Zaqatalada diş texnikinin evinə basqın edən silahlı qruplaşmanın digər üzvlərinin adlarını açıqlayıb - YENİLƏNİB

DİN Zaqatalada diş texnikinin evinə basqın edən silahlı qruplaşmanın digər üzvlərinin adlarını açıqlayıb - <span style="color: red;">YENİLƏNİB
# 27 dekabr 2013 10:05 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Nəqliyyatda Baş Polis İdarəsi, Abşeron Rayon Polis Şöbəsi və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə axtarışda olan Ramil Əliyev tutulub.

R.Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə axtarışda olan Vasif Qarayev, habelə Murad və Şahmurad adlı şəxslərlə birgə dekabrın 6-da Zaqatala rayonunun Danaçı kənd sakini Qurban Qurqunayevin evinə girib onu və ailə üzvlərini döyərək bıçaq və tapança ilə hədələyərək oradan 700.000 rubl (21.200 dollar), 3.000 dollar və 50.000 manat pul aparmaları da müəyyən edilib.

***

Saat 11.52

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanın Zaqatala rayonunda diş texnikinin evinə silahlı basqın edən maskalı şəxslərdən biri həbs edilib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Şamaxı rayon sakini, 1978-ci il təvəllüdlü Əliyev Ramil Ramiz oğlu Heydər Əliyev Beynəlxalq Hava Limanında ölkədən qaçmaq istəyərkən saxlanılıb. O, axtarışda olduğu üçün pasportunu dəyişib və özünə Cəfərov familiyası götürüb. Lakin R. Əliyevin planı baş tutmayıb.

Qeyd edək ki, dekabrın 5-dən 6-na keçən gecə saat 04.00 radələrində, Zaqatala rayonunun Danaçı kənd sakini, 1952-ci il təvəllüdlü Qurban Məhəmməd oğlu Qurqunayevin evinə gələn 3 nəfər naməlum maskalı şəxslər ev sahibini həyat yoldaşı və gəlininin gözü qarşısında döyərək pul tələb ediblər. Naməlum şəxslər ev sahibini döydükdən sonra evdə olan külli miqdarda pulu götürərək hadisə yerindən qaçıblar.

Zərərçəkənin qohumları APA-nın yerli bürosuna bildiriblər ki, evə basqın edən şəxslər silahlı olub. Onlar ev sahibini döyərək evdən 50 min manat, 3 min ABŞ dolları, 700 min Rus rublu və 40 min manat dəyərində qızıl-zinət əşyalarını götürərək qaçıblar.

Baş vermiş hadisə ilə bağlı Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda hadisəni törədən digər şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, basqına məruz qalan Q. Qurqunayev diş texnikidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR