Hüseyn Cavidin türkcə nəşr olunan “Əsərləri” AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib

Hüseyn Cavidin türkcə nəşr olunan “Əsərləri” AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib
# 24 dekabr 2013 16:29 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun şəxsi təşəbbüsü, “Kaspi” qəzetinin və Kaspi Təhsil Mərkəzinin layihəsi çərçivəsində Azərbaycan ədəbiyyatının böyük siması Hüseyn Cavidin əsərlərinin toplusu Türkiyə türkcəsində nəfis tərtibatda nəşr olunub.

Kitabda H.Cavidin 6 dram əsəri, 1906-1909-cu illərdə İstanbulda tələbə olduğu zamanlarda qələmə aldığı “Maral”, “Afət”, və “Uçurum” pyesləri, şeirləri və müxtəlif illərdə çəkilmiş rəsmləri yer alıb.

944 səhifədən ibarət olan kitabın tərtibatçısı Hüseyn Cavid irsinin araşdırıcısı Doç. Dr. Azər Turan, redaktoru Selma Sukasdır. Kitab İstanbulda “Küsena Yayınları” tərəfindən “Step Ajans Reklamçılık, Mətbəəçilik, Tanıtım və Organizasyon Ltd. Şti.”-də çap olunub.

Qeyd edək ki, kitab AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR