İranda tanınmış azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb

İranda tanınmış azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb
# 11 dekabr 2013 11:26 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranda tanınmış azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb. APA-nın AZOH-a istinadən məlumatına görə, Əkbər Mühaciri dekabrın 10-da Təbrizin mərkəzi həbsxanasından sərbəst buraxılıb.

Qeyd edək ki, Ə. Mühaciri 2011-cu il avqustun 27-də Təbriz şəhərində İran hökumətinin Urmiya gölündəki ekoloji fəlakətə laqeyd münasibətinə etiraz olaraq keçirilmiş kütləvi aksiyalarda iştirak etdiyinə görə bir neçə fəalla birlikdə həbs edilib. Azərbaycanlı fəal həmin il noyabrın 19-da 300 milyon rial məbləğində girov qarşılığında məhkəmə prosesinədək sərbəst buraxılıb.

İctimai-asayişi pozmaq və milli təhlükəsizliyə xələl vurmaqda günahlandırılan Ə. Mühacir 2012-ci il yanvarın 7-də Təbriz İnqilab Məhkəməsində keçirilmiş prosesdə 4 ay qəti və 8 ay şərti olmaqla, 1 il azadlıqdan məhrum edilib. Hakimiyyət əleyhinə təbliğat aparmaq ittihamından isə məhkəmə ona bəraət verib. Azərbaycanlı fəal sonuncu dəfə məhkəmənin barəsində çıxardığı həbs cəzasını çəkmək üçün bu il oktyabrın 3-də tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR