Əbülfəs Qarayev: “Kadr hazırlığı iki nazirlik tərəfindən vahid konsepsiya əsasında həyata keçirilməlidir” - VİDEO

Əbülfəs Qarayev: “Kadr hazırlığı iki nazirlik tərəfindən vahid konsepsiya əsasında həyata keçirilməlidir” - <span style="color: red;">VİDEO
# 12 fevral 2014 09:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycan mədəniyyəti və turizm sənayesi üçün kadr hazırlığı həm Təhsil Nazirliyi, həm də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən vahid bir konsepsiya əsasında həyata keçirilməlidir”. APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu sahədə bir çox yeniliklər nəzərdə tutulub. Bunların hamısının birgə müzakirəsinin aparılacağını söyləyən nazir qeyd edib ki, belə görüşlər prezident İlham Əliyevin təsdiq etdiyi Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının icrasında çox səmərəli nəticələr verə bilər: “Biz vəziyyəti təhlil etməli, mövcud problemlərin həlli yollarını tapmalı və bu prosesi daha sürətlə aparmalıyıq. Bu gün sənaye çox inkişaf edib, tələbat artır və buna uyğun olaraq tələbələrin və məzunların sayı çoxalmalıdır. Bu istiqamətdə bir çox işlər həyata keçirilir”.

Ə. Qarayev xatırladıb ki, hazırda ölkədə teatrlar, muzeylər yenidən qurulur, bütün mədəniyyət mərkəzlərinə yeni texnologiyalar gətirilir. Bu sahədə kadr hazırlığının vacibliyinə diqqət çəkən nazir deyib ki, Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil ocaqları da bu sahədə nazirliklə birgə işləməyə hazırdır: “Sadəcə olaraq, biz bu işin vəhdətini yaratmalı, qarşılıqlı maraqlarımızı bir məqsədə yönəltməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR