Sumqayıt sakini qaçırdığı avtomobillə aşıraraq ölüb

Sumqayıt sakini qaçırdığı avtomobillə aşıraraq ölüb
# 23 dekabr 2013 10:10 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Sumqayıt şəhər sakini qaçırdığı avtomobillə ağır qəza törədib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 22-də saat 17:00 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Zaur Səmədov idarə etdiyi “Volkswagen” markalı avtomobili aşırıb. Sürücü hadisə yerində ölüb, sərnişini - həmyerlisi Umudəli Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Araşdırmalar zamanı qeyd edilən avtomobilin Saatlı rayon sakini Ağabala İsayevə məxsus olması, dekabrın 22-də Sumqayıt şəhəri ərazisindən Z.Səmədov və U.Əliyev tərəfindən qaçırılması müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR