S&P 500 indeksi tarixi maksimuma çatıb

S&P 500 indeksi tarixi maksimuma çatıb
# 03 mart 2014 06:41 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 16 322 bəndədək, S&P 500 0,3% - 1 860 bəndədək yüksəlib, Nasdaq 0,3% - 4 308 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-da fond indekslərinin dinamikasına makroiqtisadi göstəricilər təsir edib. Belə ki, istehlakçıların etimadı indeksi fevralda 81,2 bənddən 81,6 bəndədək, evlərin təkrar bazarında əqdlərin sayı isə yanvarda dekabr ayı ilə müqayisədə 0,1% artıb. Nəticədə, S&P 500 indeksi tarixi maksimuma çatıb.

Avropa fond bazarlarında fevralın 28-də FTSE 100 indeksi 0,01% - 6 810 bəndədək enib, Almaniya DAX-ı 1,1% - 9 692 bəndədək, Fransa CAC-40-ı isə 0,3% - 4 409 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,9% artaraq 1 342,50 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3777 dollar (+0,6%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR