Nazirlik: Yanvarda 492 halda işçi hüquqlarının pozulması faktı aşkar edilib

Nazirlik: Yanvarda 492 halda işçi hüquqlarının pozulması faktı aşkar edilib
# 24 fevral 2014 08:06 (UTC +04:00)

Bakı – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti məqsədilə aparılan yoxlamalarda formal yanaşmalara son qoyulması və əmək hüquqlarının pozulması faktları ilə bağlı tədbirləri gücləndirib.

Nazirlikdən APA-ya verilən məlumata görə, Xidmətin regional strukturları tərəfindən bu ilin yanvar ayı ərzində 237 müəssisədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi zamanı 492 halda işçi hüquqlarının pozulması faktı aşkar edilib. Həmin faktlar üzrə İnzibati Xətalar Məcəlləsinə əsasən, aidiyyəti üzrə 159 işəgötürənlərə ümumilikdə 339 min manat məbləğində cərimə tətbiq edilib. Qeyd olunan məbləğin 60 min manatı artıq ödənilib. Bu rəqəmlər ötən ilin yanvar ayındakı göstəricilərlə müqayisədə müvafiq olaraq 23 və 14 dəfə çoxdur.

Bu nəzarət tədbirlərinin əsas məqsədi işəgötürənlərdə işçi hüquqlarının təminatı, o cümlədən əməyin mühafizəsi ilə bağlı məsuliyyət hissinin gücləndirilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR