AFFA ilk Avropa çempionatının hazırlığına başlayıb

AFFA ilk Avropa çempionatının hazırlığına başlayıb
# 14 may 2013 14:01 (UTC +04:00)

Bakı – APA. UEFA İcraiyyə Komitəsinin qərarı ilə 2016-cı ildə ilk dəfə ölkəmizdə 17 yaşadək oğlanlardan ibarət komandalar arasında Avropa çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu çempionatda ev sahibi statusu ilə çıxış edəcək U-17 yığmamızın heyətinin formalaşdırılması məqsədilə ilkin hazırlıq olaraq AFFA tərəfindən turnir təşkil olunub.


Belə ki, yanvarın 25-dən fevralın 10-dək U-14 Kuboku turniri təşkil olunub və bu turnirin oyunlarını seleksiyaçı-məşqçilər izləyib. Seleksiya prosesi nəticəsində U-14 Kuboku turnirində iştirak edən komandaların heyətində fərqlənən futbolçular seçilib.

Komandanın əhval-ruhiyyəsini yüksəltmək və heyətin komplektləşdirilməsi üçün ilkin addımların atılması məqsədilə AFFA tərəfindən iyulun 5-dən 19-dək seleksiya prosesində seçilmiş futbolçular üçün düşərgə təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR