Azərbaycan Dövlət Tibb Universiteti İsveçdən radiasiya terapiyası avadanlıqları alıb

Azərbaycan Dövlət Tibb Universiteti İsveçdən radiasiya terapiyası avadanlıqları alıb
# 06 fevral 2014 08:14 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Dövlət Tibb Universiteti İsveçin C-RAD AB şirkətindən radiasiya terapiyası avadanlıqları alıb.

APA-nın xəbərinə görə, C-RAD AB şirkəti məlumatda bildirilir ki, Azərbaycan Dövlət Tibb Universiteti İsveç şirkətinə «Sentinel» lazer bazalı optik skaner, xəstənin vəziyyətinə real vaxt rejimində nəzarət etmək üçün tam təchiz olunmuş «Catalyst» sistemi və «Cyrpa» lazer sistemi sifariş edib.

Azərbaycanın sifariş verdiyi sistemlərin çatdırılması 2014-cü ilin birinci rübündə planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR