Cavid Qurbanov: “Yollarda drenaj qurğularının istifadəsi ilə bağlı yeni qərar qəbul olunacaq” - VİDEO

Cavid Qurbanov: “Yollarda drenaj qurğularının istifadəsi ilə bağlı yeni qərar qəbul olunacaq”  - <span style="color: red;">VİDEO
# 23 noyabr 2013 10:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Yaxın vaxtlarda Azərbaycan yollarında drenaj qurğularının istifadəsi ilə bağlı yeni qərar qəbul olunacaq. APA-nın xəbərinə görə, bunu “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, əvvəlki illərə nisbətən yağış yağarkən bəzi yollarda su yığılır.

C. Qurbanov bu gün bir çox yollarda drenaj sisteminin qurulduğunu söyləyib: “Bəzilərində isə drenaj sistemləri yenidən qurulur. Əvvəllər Bakıda evlər tikiləndə drenajlara o qədər də ciddi fikir verilmirdi və səthi yanaşılırdı. Nəticədə evlərin kanalizasiya xətləri drenajlara qoşulurdu. İndi biz bunun ayrılması ilə məşğul oluruq. Hesab edirəm ki, məsələ ilə bağlı ciddi tədbirlər görüləcək. Yaxın zamanlarda yollarda mövcud problem həll olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR