Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi ilə bağlı fəaliyyət planı hazırlanıb - VİDEO

Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi ilə bağlı fəaliyyət planı hazırlanıb - <span style="color: red;">VİDEO
# 23 dekabr 2013 09:16 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. O, hazırda fəaliyyət planının Azərbaycan və Avropa Şurası arasında müzakirə olunduğu üçün planda yer alan prioritetləri açıqlamaq istəməyib. Bununla belə, S. Seyidov Azərbaycanın sədrliklə bağlı prioritetlərin Avropa Şurasının prioritetləri ilə üst-üstə düşdüyünü vurğulayıb.

S. Seyidov onu da əlavə edib ki, Azərbaycanın 2014-cü ilin iyunundan Avropa Şurasına sədrliyi ilə əlaqədar gələn il mayın sonlarında Bakıda AŞPA Daimi Komitəsinin iclası keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR