“Mançester Yunayted” klubunun baş məşqçisi istefaya göndərilib

“Mançester Yunayted” klubunun baş məşqçisi istefaya göndərilib
# 22 aprel 2014 10:26 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, 2013-cü ilin yayında Aleks Ferqyussonu əvəzləyən çalışdırıcı komandadakı debüt mövsümü başa çatmamış vəzifəsindən qovulub.

Mançester təmsilçisinin gecikmiş qərarına səbəb uğursuzluqların bir-birini sıralamasıdır. Ötən il mayın 9-da 20 qat İngiltərə çempionu ilə 6 illik müqavilə imzalayan Moyes nəinki çempion titulunu qorumağı bacardı, hətta komandası Çempionlar Liqasından kənar qalacağını xeyli əvvəl rəsmiləşdirdi.

Belə ki, mövsümün sonuna 3 tur qalmış mançesterlilər 7-ci pillədə qərarlaşıb və “dördlüy”ə düşmək imkanını itirib.

Qeyd edək ki, 2002-13-cü illərdə “Everton”u çalışdıran Moyes məhz sabiq komandasına 0:2 hesablı məğlubiyyətdən sonra postundan kənarlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR