Bakıda üç körpüyə bomba qoyulması barədə polisə yalan məlumat verən şəxs tutulub

Bakıda üç körpüyə bomba qoyulması barədə polisə yalan məlumat verən şəxs tutulub
# 31 may 2013 10:41 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Daxili İşlər Nazirliyinin (DİN) “102” xidmətinə yalan məlumat verən şəxs tutulub. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, mayın 31-də saat 04.40 radələrində İsmayıllı rayon sakini Ənvər Adıgözəlov mobil telefonla DİN-in "102 Zəng Xidməti"nə zəng edərək paytaxtın Nizami rayonu ərazisindəki "Bağırov körpüsü"nə, Xətai rayonu ərazisindəki "Xətai körpüsü"nə və Zabrat qəsəbəsinə gedən yoldakı "Sabunçu körpüsü"nə partlayıcı qurğular qoyulduğunu və bu məlumatın ona Asif adlı şəxsin “sms”lə ötürüldüyünü bildirib.

Dərhal müvafiq tədbirlər həyata keçirilib və məlumat təsdiqini tapmayıb.

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bilərəkdən yalan məlumatı verən 1948-ci il təvəllüdlü Ə. Adıgözəlov saxlanılıb və onun orta dərəcəli sərxoş olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR