Yaponiyada 5,3 gücündə zəlzələ olub

Yaponiyada 5,3 gücündə zəlzələ olub
# 03 aprel 2014 02:11 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri İvate prefekturasında, 70 km dərinlikdə yerləşib.

Zəlzələ Tokio və ölkənin 15 prefekturasında hiss olunub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur. Hazırda Yaponiyanın Sakit okean sahillərində sunami haqqında xəbərdarlıq qüvvədədir.

Xatırladaq ki, 8.2 bal gücündə olan zəlzələ çərşənbə gününə keçən gecə Sakit okean sahilində yerləşən Çilidə baş verib. Nəticədə 2 m 11 sm hündürlüyündə sunami dalğası qeydə alınıb. Son məlumatlara görə, Çilidə zəlzələ nəticəsində 6 nəfər həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR