Moskvada Rusiya və İran xarici işlər nazirlərinin görüşü keçirilib

Moskvada Rusiya və İran xarici işlər nazirlərinin görüşü keçirilib
# 22 aprel 2014 08:07 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin konfransı çərçivəsində keçirilən görüş zamanı Rusiya-İran münasibətləri, İranın nüvə problemi, Suriya münaqişəsi və Xəzər dənizinin statusu ilə bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, bu gün Moskvanın Beynəlxalq Ticarət Mərkəzində Xəzəryanı ölkələrin xarici işləri nazirlərinin konfransı keçiriləcək. Konfransda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR