Qazi Universitetində "Sönməyən atəş - Xocalı" adlı konfrans keçirilib - FOTO

Qazi Universitetində "Sönməyən atəş - Xocalı" adlı konfrans keçirilib  - <span style="color: red;">FOTO
# 26 fevral 2014 21:02 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə Qazi Universitetinin Rektoru, professor Dr. Süleyman Büyükberber başda olmaqla universitetin professor və müəllim heyəti, çox sayda ictimai-siyasi xadim, Böyük Birlik Partiyasının Sədri Mustafa Destici, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Ankarada təhsil alan tələbələrimiz və diaspor nümayəndələrimizlə yanaşı çox sayda KİV nümayəndələri iştirak edib.

Geniş tərkibli tədbir Xocalı Soyqırımı qurbanlarının əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi və iki qardaş ölkə himnlərinin səsləndirilməsinin ardından başlayıb. Tədbirdə Qazi Universitetinin Tələbə İctimai Birliyinin sədri Kubilay Yıldırım, Qazi Universitetinin Rektoru Süleyman Büyükberber, Giresun Universitetinin Rektoru həmvətənimiz Aygün Attar, səfir Faiq Bağırov, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Rəhbəri Necdet Ünüvar və millət vəkili Qənirə Paşayeva çıxış edərək Xocalı Soyqırımı haqqında auditoriyaya əsaslı məlumatlar veriblər, ölkəmizə qarşı tarix boyu davam edən erməni təcavüzlərinin gerçək mahiyyətindən söz açıblar.

Çıxışların ardından Qazi Universitetinin İncəsənət fakültəsi tərəfindən hazırlanmış sənədli film nümayiş etdirilib. Sənədli film Xocalı soyqırımı qurbanlarının yaxınlarından alınan müsahibələri və Qubada 20-ci əsrin əvvəllərində soydaşlarımıza qarşı ermənilər tərəfindən törədilmiş vəhşiliklərlə bağlı həqiqətləri ehtiva edib.

Tədbir çərçivəsində xalqımıza qarşı erməni düşmənçiliyi ilə bağlı həqiqətləri anladan təbliğat xarakterli materiallar konfrans iştirakçılarına paylanılıb. Həmçinin, universitetin həyətində Xocalı Soyqırımı ilə bağlı sərgi təşkil olunub və Azərbaycan Dialoq və Qardaşlıq Dərnəyi (ADKADER) ilə birgə "flashmob" aksiyası keçirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR