Azərbaycan sığortaçıları daxilolmalarını 10,8%, ödənişlərini isə 13% artırıb

Azərbaycan sığortaçıları daxilolmalarını 10,8%, ödənişlərini isə 13% artırıb
# 13 iyun 2014 10:00 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycandakı 28 sığorta şirkətinin xətti ilə 186,9 mln. manat sığorta haqqı toplanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 mln. manat və ya 10,8% çoxdur.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov bildirib.

Onun sözlərinə görə, 2014-cü ilin ilk 5 ayında sığorta şirkətlərinin həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə 55,2 mln. manat təşkil edib. Bu da 2013-cü ilin eyni dövrünə nisbətən 6,3 mln. manat və ya 13% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 29,5 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar-may aylarında 29 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR