Şəkidə keçirilən “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı başa çatıb

Şəkidə keçirilən  “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı başa çatıb
# 05 iyul 2013 06:59 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Şəkidə keçirilən “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı başa çatıb. APA-nın məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan festivalın bağlanış mərasimi “Aşağı Karvansaray” kompleksində keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblı və Şəki Musiqi Kollecinin xor kollektivi konsert proqramı ilə çıxış edib.

Sonda şəhər İcra Hakimiyyəti adından festivalın bədii rəhbəri Firəngiz Əlizadəyə, yekun konsertində çıxış edən kollektivin bədii rəhbəri və dirijoru, xalq artisti Ağaverdi Paşayevə, habelə kollektivin solistlərinə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.

Festival bayram atəşfəşanlığı ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR