Azərbaycan ərazisində fevralın 3-də havanın temperaturu iqlim normasından 8.4 dərəcə aşağı olub

Azərbaycan ərazisində fevralın 3-də havanın temperaturu iqlim normasından 8.4 dərəcə aşağı olub
# 04 fevral 2014 08:18 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, gözlənildiyi kimi ölkə ərazisində anomal soyuq, şaxtalı hava şəraiti davam edib. Havanın temperaturu fevralın 3-də iqlim normasından 8.4 dərəcə aşağı olub, minimal temperatur Bakı və Abşeron yarımadasında 7 dərəcəyədək şaxta, aran rayonlarında 11 dərəcəyədək şaxta, Kiçik Qafqazda 20 dərəcəyədək şaxta, Böyük Qafqazda 16 dərəcəyədək şaxta, bəzi ərazilərdə 20 dərəcəyədək şaxta, Şahdağda 23 dərəcə şaxta, Naxçıvan MR-da 10-17 dərəcə şaxta təşkil edib.

Fevralın 3-də gün ərzində əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şərq rayonlarında, axşam və səhər saatlarında isə Bakı və Abşeron yarımadasında qar (0.0-2.0 mm) yağıb. Düşən yağıntının miqdarı Lerikdə 9.0 mm, Rvarudda (Lerik) 3.0 mm, Biləsuvar, Lənkəran, Astara, Yardımlı, Göytəpədə 0.0-1.0 mm olub.

Qar örtüyünün hündürlüyü Lənkəran-Astara zonasında 19-67 sm, Kiçik Qafqazda 7-13 sm, Böyük Qafqazda 25 sm, Qazax-Gəncə bölgəsində 2-6 sm, Mərkəzi aran rayonlarında 3 sm-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR