“Təmiz Şəhər” yeni sosial layihəsini təqdim edib

“Təmiz Şəhər” yeni sosial layihəsini təqdim edib
# 09 aprel 2014 07:31 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Təmiz Şəhər” ASC tullantıların azaldılmasına yönəldilmiş yeni www.tullantim.az portalını istifadəyə verib.

Cəmiyyətdən “APA-Economics”ə verilən məlumata görə, portalın yaradılmasında məqsəd tullantıların azaldılmasını izah edilməsidir. Bu məqsədlə sayt istifadə edilməyən əşyalar barədə məlumatı sözügedən sayta yerləşdirməklə həmin əşyaları ianə etməyə imkan yaradır.

Sayta daxil olmaqla hər kəs lazımsız hesab etdiyi, lakin hələ də istifadə edilə biləcək əşyaları tullantıya çevirmək əvəzinə həmin əşya barədə məlumatı sayta əlavə edə bilər, bununla da saytın digər istifadəçilərinə fayda vermək imkanı qazanır.

Saytın rahat qeydiyyat və naviqasiya sistemi ianələr barədə məlumatın qısa zamanda əlavə edilməsinə kömək edir. Resursun Facebook, Twitter və digər sosial şəbəkələrlə birbaşa bağlı olması isə ianələrin müzakirə edilməsinə və paylaşmasına imkan yaradır.

Saytda tullantıların azaldılmasının müxtəlif yollarının, praktiki məsləhətlər və digər mövzuların istifadəçilər arasında müzakirəsi üçün forum bölməsi yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR