Bakıda qadın özünü doqquzuncu mərtəbənin damından atmaq istəyib

Bakıda qadın özünü doqquzuncu mərtəbənin damından atmaq istəyib
# 25 aprel 2014 12:27 (UTC +04:00)

Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Qara Qarayev prospekti 31 A ünvanında yerləşən 9 mərtəbəli binada qeydə alınıb.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Günel Rasim qızı Musayeva intihar etmək məqsədilə özünü binanın damından aşağı atmaq istəyib.

Polis əməkdaşları G. Musayevanı fikrindən daşındırıb.

Polisdən G. Musayevanın intihara cəhd etməsinə əri ilə aralarında yaranmış şəxsi problemlərinin səbəb olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR