Əbülfəs Qarayev: “Azərbaycanda turizm obyektlərində müəyyən nöqsanlar aşkarlanır”

Əbülfəs Qarayev: “Azərbaycanda turizm obyektlərində müəyyən nöqsanlar aşkarlanır”
# 04 mart 2014 10:28 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Sözsüz ki, dövləti və ictimaiyyəti qane edən, yaxşı xidmətləri təqdim edən, yüksək keyfiyyətli servislə fərqlənən, normal qiymətləri tətbiq edən müəssisələrimiz olduqca çoxdur və biz sevinirik ki, bunların sayı ildən-ilə artır. Bununla yanaşı, turizm obyektlərində nöqsanlar da aşkarlanır”.

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

Ə.Qarayev bildirib ki, nazirlik turizm obyektlərində mütəmadi olaraq monitorinqlər həyata keçirir: “Bu monitorinqləri biz ilin bütün fəsillərində həyata keçiririk. Sahibkarlara imkan veririk ki, nöqsanlar aradan qaldırılsın, əks halda, ya həmin obyektlərin lisenziyası ləğv edilir, ya da qanun çərçivəsində işlərinə müəyyən məhdudiyyətlər qoyulur. Lakin düşünürəm ki, hər bir sahibkar, turizm sahəsində çalışan adam üçün rəqabətdə qalib gəlmək baxımından keyfiyyət, qiymət ön sıralarda dayanmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR