Cenevrədə ABŞ dövlət katibi ilə İran xarici işlər naziri arasında görüş keçiriləcək

Cenevrədə ABŞ dövlət katibi ilə İran xarici işlər naziri arasında görüş keçiriləcək
# 08 noyabr 2013 15:40 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, artıq Fransa, Almaniya, Britaniya xarici işlər nazirləri Loran Fabius, Gido Vestervelle, Uilyam Heyq, eləcə də Avropa Birliyinin xarici işlər və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eşton Cenevrədədir.

C. Kerri İran xarici işlər naziri Cavad Zəriflə ikitərəfli görüş keçirmək fikrindədir.

Qeyd edək ki, “altılıq” ölkələri ilə İran arasında ekspertlər səviyyəsində danışıqlar BMT-nin Cenevrədəki Millətlər Sarayında keçirilir. İran tərəfini xarici işlər nazirinin müavini Abbas Əraqçı təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR