Çin Venesuelaya 5 mlrd. dollar kredit ayırıb

Çin Venesuelaya 5 mlrd. dollar kredit ayırıb
# 29 dekabr 2013 03:07 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün Venesuela prezidenti Nikolas Maduro bəyan edib. Onun sözlərinə görə, ayrılmış vəsait infrastrukturun inkişafı, mənzil və sənaye obyektlərinin tikintisinə sərf ediləcək.

Kredit məsələsi Nikolas Maduronun sentyabrda Çinə səfəri zamanı müzakirə olunub. Qeyd olunan vəsait 2007-ci ildə yaradılan müştərək Çin-Venesuela fonduna köçürüləcək.

Qeyd edək ki, son kredit nəzərə alınmazsa, Çinin Venesuelaya ayırdığı kreditin məbləği 36 mlrd. dollara çatıb. Venesuelanın neft naziri Rafael Ramires avqustda açıqlamasında dövlətin artıq 20 mlrd. dolları Çinə qaytardığını bildirmişdi.

Rəsmi mənbələrin məlumatına görə, Venesuela Çinə tədarük etdiyi neftin həcmi sutkada 640 min barel təşkil edir, bunun 264 min bareli isə kreditin ödənilməsinə yönəldilir.

Venesuela hakimiyyəti bu həcmi yaxın gələcəkdə 1 mln. barelə çatdırmaq niyyətində olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR