AB rəhbəri: “Rusiyadan qaz asılılığını azaltmalı və bu ölkə ilə münasibətlərə tam yenidən baxmalıyıq”

AB rəhbəri: “Rusiyadan qaz asılılığını azaltmalı və bu ölkə ilə münasibətlərə tam yenidən baxmalıyıq”
# 09 aprel 2014 07:35 (UTC +04:00)

APA-nın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, bunu Avropa Birliyi Şurasının sədri Herman Van Rompey deyib.

Rompey bildirib ki, Avropa Rusiyadan qaz asılılığını azaltmalı, azad ticarət və investisiyalara dair transatlantik müqavilə (ABŞ-la) imzalamalıdır: “Rusiya qazdan siyasi alət kimi istifadə edir. Son onillikdə biz Rusiya ilə münasibətlərin inkişafına çoxlu sərmayə qoymuşuq. Biz onunla yeni müqavilə imzalamağa hazır idik. Təəssüf ki, Rusiyanın başqa məqsədləri var imiş və o, köhnə dünyanı bərpa etməyə çalışır. Lakin keçmiş heç vaxt qayıtmır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR