«Dəmirbank» güzəştli kredit aksiyası keçirir

«Dəmirbank» güzəştli kredit aksiyası keçirir
# 04 mart 2014 12:13 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə «8 fərqli gün» adlı güzəştli kredit aksiyasına başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, aksiya martın 14-dək davam edəcək.

Aksiyanın şərtlərinə görə, istehlak və ya biznes kreditləri üzrə «Dəmirbank»a müraciət edən xanım müştərilər üçün komissiya haqları 0,8%-dək azaldılıb. Kreditin maksimal məbləği 8 min manat təşkil edir.

Müştəri aksiya çərçivəsində yalnız bir kredit məhsulundan yararlana bilər. Qeyd edək ki, aksiya ipoteka və avtomobil kreditlərinə şamil edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR