İran prezidenti Omana səfər edəcək

İran prezidenti Omana səfər edəcək
# 10 mart 2014 16:14 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti Həsən Ruhani martın 12-də Omana səfər edəcək.

APA-nın «Radiofərda»ya istinadən verdiyi məlumata görə, Həsən Ruhani ikigünlük səfəri çərçivəsində Oman Sultanlığının bir sıra rəsmiləri ilə görüşəcək. Görüşlərdə İranla Oman arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi, bölgədə sabitlik və təhlükəsizliyin gücləndirilməsi və Suriya böhranı əsas müzakirə mövzusu olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR