Kür çayında suyun səviyyəsində artım müşahidə olunub

Kür çayında suyun səviyyəsində artım müşahidə olunub
# 11 mart 2014 12:26 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-210, Kiçik Qafqazın çaylarında 50-130, Lənkəran-Astara bölgəsi çaylarında 10-30, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, martın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 200 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 48 m3/s olmaqla, ongünlük normanın 51 faizini təşkil edir.

Kür çayının aşağı axınında da suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində, Şirvanda və Araz çayının Novruzlu məntəqəsində 4 sm artım müşahidə olunub, Salyanda və Bankədə isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.


Hazırda Surra məntəqəsində suyun səviyyəsi 314 sm, Şirvanda 140 sm, Salyanda 70 sm, Bankədə 176 sm, Araz çayının Novruzlu məntəqəsində isə 87 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR